Dünya

Baş nazirin müşaviri: "Türkiyədə prezident seçkilərinin qalibi birinci turda müəyyən edilə bilər"

9 Aprel 2014 13:26
0 Şərh     Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə prezident səsvermənin birinci turunda seçilə bilər. Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın siyasi müşaviri Yalçın Ağdoğan belə hesab edir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Haber7" telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, hakim partiyanın ölkə prezidenti postuna bir neçə namizədi var.

Ağdoğanın fikrincə, hakim partiyadan namizəd səsvermənin birinci tutunda seçiləcək və ona görə də seçkilərin ikinci turunun zəruriliyi öz-özünə aradan qalxır: "Türkiyədə bələdiyyə seçkilərinin yekunları göstərdi ki, xalq hakim partiyaya güvənir və bu, prezident seçkilərinin gedişinə müsbət təsir göstərəcək".

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-na təyin edilib.

Əgər namizədlərdən heç biri seçkinin birinci turunda 51 faizdən artıq səs toplamazsa, onda avqustun 24-də ikinci tur keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.