Dünya

Kataloniyaya azadlıq şansı verilmədi

9 Aprel 2014 10:49
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İspaniya Parlamenti Kataloniya vilayətində referendum keçirilməsini qadağan edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 47 deputat referendum keçirilməsinin leyhinə səs versə də, 299 deputat əleyhinə səs verib. Kataloniyanın prezidenti Artur Mas bəyan edib ki, hökumət referendumun keçirilməsi üçün qanuni yollar axtaracaq. 

İspaniyanın hökumət başçısı Kataloniyanı İspaniyadan kənarda görmədiyini bəyan edib. Bundan əvvəl isə İspaniyanın Konstitusiya məhkəməsi noyabrın 9-da keçirilməsi planlaşdırılan referendumu qanunsuz elan etmişdi. 

Yanvar ayında Kataloniya parlamenti səs çoxluğu ilə regionun İspaniyadan ayrılması üçün referendum keçirilməsi qərarını verib. Parlamentin 87 deputatı referendum keçirilməsinə tərəfdar olub. 43 nəfər isə buna qarşı çıxıb, 3 nəfər bitərəf qalıb. 

İspaniya ərazisinin 25%-i Kataloniyanın payına düşür. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.