Dünya

Dünyanın ən böyük qızıl külçəsi tapılıb - VİDEO - FOTO

9 Aprel 2014 09:49
0 Şərh     Baxış: 4 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesueladakı çaylardan birində dünyanın ən böyük qızıl külçəsinin tapıldığı təsdiqlənib. ABŞ-dakı Los-Alamos Milli Laboratoriyasının (Los Alamos National Laborator) alimlərinin qərarı belədir.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, çəkisi 217,78 qram olan, qolf topu böyüklükdəki qızıl külçəsinin dəyəri 1,5 milyon dollardır.

Amerikalı alimlərin dediklərinə görə, tapıntı dünyanın ən böyük monokristal qızıl külçəsidir.


Külçənin sahibi onun dəyərini dəqiqləşdirməyə, Los-Alamosdakı laboratoriyanın alimləri isə kristalın strukturunu müəyyənləşdirməyə can atırdılar.
 

Venesueladakı çaylardan birində aparılmış araşdırmalar zamanı tapılmış 4 qızıl külçəsindən biri olan bu rekordçu külçə barədə danışan Mayami Universitetinin professoru, tanınmış geoloq Con Rakovan deyib: "Bu ölçüdə qızıl kristalının strukturu və atomları indiyədək tədqiq edilməmişdi. İndi unikal imkan əldə etmişik".


Amerikalı alimlər mineralı araşdırarkən neytron difraktometriyadan istifadə ediblər.


Milli.Az 


Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.