Dünya

Sevgi qatili: milyonçu məşuqunu güllələyən model tutuldu - VİDEO - FOTO

9 Aprel 2014 11:40
1 Şərh     Baxış: 3 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Slovakiyada polis 24 yaşlı model Mayka Marika Kukuçovanı həbs edib. O, Britaniya vətəndaşı, multimilyonçu Endryu Buşun qətlində iştirak etməkdə suçlanır.
 

İspaniyanın Kosta del Sol kurortundakı villasında güllələnərək qətlə yetirilmiş 48 yaşlı milyonçu Endryu Buş modelin sevgilisi idi.

Lakin biznesmenin yeni məşuqəsi peyda olandan sonra Marika Kukuçova özünü təhqir olunmuş sayıb və sabiq sevgilisini qətlə yetirmək qərarına gəlib.

Bunun üçün o, muzdlu qatil tutub. Endryu Buş qətlə yetiriləndən sonra isə o, qaçıb.
 

İspaniyanı tərk edərək Slovakiyaya qayıdan Mayka Marika Kukuçova Nova Bosiça şəhərindəki evində yaxalanıb.

Endryu Buşun sabiq arvadı, 45 yaşıl Samanta Meysonun dediyinə görə, M.Kukuçovanın həbs olunduğu eşidəndə çox seviniblər.

Slovak model İspaniya ilə yanaşı, Portuqaliya və Mərakeşdə də aranırdı.
 

Slovakiya DİN-in yaydığı açıqlamada isə, Mayka Marika Kukuçovanın hüquq-mühafizə orqanlarına könüllü təslim olduğu vurğulanır: "Atası Lyubomirin məsləhətindən sonra Marika Kukuçova müqavimət göstərməyərək polisə təslim olub".


48 yaşlı multimilyonçu, zərgərlik salonları şəbəkəsinin sahibi Endryu Buş aprelin 5-də İspaniyanın Kosta Del Sol kurortundakı villasında güllələnmişdi.

Polisi olay yerinə iş adamının yeni məşuqəsi, 20 yaşlı rusiyalı tələbə Mariya Korotayeva çağırmışdı.
 

M.Korotayeva münasibətlərin 5 aylıq "yubiley"ini bayram etmək üçün Londondan İspaniyaya yollanmışdı.
 

"Villada şampan butulkasını açanda otağa Mayka Kukuçova girdi. Əynində mənim pijamam vardı. Qorxdum və villadan qaçaraq çıxdım, maşına girib qapıları bağladım. Az sonra Endryu gəldi, məni sakitləşdirdi, qorxmamağımı istədi. O, evə qayıtdı. Az sonra üç atəş səsini eşitdim. İki il ərzində Endryunun bu villasında yaşamış Maykanın qapını açarın dublikatı ilə açdığını düşünürəm. Mayka ilə münasibətləri kəsəndən sonra Endryu sabiq sevgilisinin qisasından çəkinərək qıfılları dəyişmək istəyirdi", - Mariya Korotayeva deyib.
 

Malaqa polisindən verilən məlumata görə, Mayka Marika Kukuçova britaniyalı milyonçunun villasına qətldən bir həftə əvvəl gedib və orada qurbanına pusqu quraraq gözləyib.
 

Slovak modelin atası Lyubomir Kukuçov isə hesab edir ki, qızı günahkar deyil: "Qızım o adama atəş açıbsa, özünü qorumaq üçün edib".

Mariya Korotayeva Bristol şəhərindəki Qərbi İngiltərə Universitetinin iqtisadiyyat fakültəsində oxuyur. Onun dediyinə görə, Endryu Buş ona "universitetdə təhsilini başa vurandan sonra səninlə evlənəcəyəm" deyibmiş.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.