Dünya

Türkiyədə Youtube qalmaqalı ilə bağlı daha bir adam tutuldu

8 Aprel 2014 14:15
0 Şərh     Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin güc strukturlarının məxfi iclasının detallarının açıqlanmasına dair iş üzrə daha bir nəfər saxlanılıb. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı diplomatik mənbələrə istinadən "Sabah" qəzeti yayıb.

Şübhəli şəxsin saxlanması üzrə əməliyyat Türkiyə milli kəşfiyyatının əməkdaşalrının iştirakı ilə keçirilib.

O da bildirilir ki, saxlanılanlar Fətullah Gülən hərəkatının və ölkə XİN-in əməkdaşlarıdırlar.
Martın 29-da ölkənin güc strukturlarının keçirdiyi məxfi müşavirənin təfərrüatlarının yayılması işi üzrə Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Öndər Aytaç saxlanılıb. O, yerli telekanalların birində bəyan etmişdi ki, Türkiyə Suriyaya müdaxilə etməyə hazırlaşır.

Qeyd edək ki, "YouTube"-da Suriyadakı vəziyyətə həsr edilmiş məxfi müşavirənin audioyazısı yayılmışdı. Yığıncaqda Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərləri iştirak ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.