Dünya

Müsəlman kəndlilərdən ABŞ-a: "Sən bizi öldürürsən" - FOTO

8 Aprel 2014 11:27
1 Şərh     Baxış: 1 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva bölgəsindəki yaşayış məntəqələri sürəkli olaraq ABŞ-ın uçan pilotsuz təyyarələrinin hücumlarına məruz qalır. Dronlar hədəf seçdikləri yerlərə və insanlara raket-bomba zərbələri endirirlər.
 

2004-cü ildən bəri Pakistanda dronların hücumları nəticəsində 900-dan artıq insan həlak olub.

Milli.Az bildirir ki, beynəlxalq "Amnesty International" insan haqlarının müdafiəsi təşkilatının yaratdığı "Not A Bug Splat" ("Yanlış zərbəyə yox") qrupu Xeybər-Paxtunxva bölgəsindəki kəndlərdən birində tarlada nəhəng plakat yerləşdirib.
 

Plakat kosmik peykdən belə, görünə bilər.

Tarladakı plakatda drondan buraxılmış raket partlayışı nəticəsində bacı və qardaşı həlak olmuş qızın fotosu əks olunub.
 

"Not a Bug Splat" qrupu bildirir ki, bu təşəbbüsünün məqsədi dron zərbələri nəticəsində Pakistanda günahsız insanların ölümlərinə son qoymaqdır: "Dronlardan buraxılan raket və bomba zərbələri nəticəsində Pakistanda son 10 ildə 900 nəfər həlak olub. Həmin qurbanların 330 nəfəri uşaqlardır".

Kəndin sakinləri bu təşəbbüsü xilas variantı sayıblar.
 

"Hesab edin ki, bu plakat biz müsəlman kəndlilərin ABŞ-a müraciətidir. Sən bizi öldürürsən, ABŞ!" - yerli sakinlərdən biri deyib.
 

Milli.Az

Xəbərin mənbəyi: A giant art installation targets predator drone operators

Böyütmək üçün şəkillərə klikləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.