Video

Unikal Opel Astra - VİDEO - FOTO

2 Aprel 2014 18:33
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Alman markası bu il Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının başlanmasını səbirsizliklə gözləyənlər üçün məxsusi avtomobil hazırlamağı qərara alıb. Şirkətdə iddia edirlər ki, Copacabana variantında avtomobil Pele kimi braziliyalı, Yurgen Klopp kimi almandır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, oturacaqların üzlüyü Rio-de-Jeneyrodakı məşhur Marakana stadionunun canlı otlarından hazırlanıb (bunu təsdiq edən sertifikat əlavə edilir!), döşəmə xalçaları Kopakabanı çimərliklərinin qumu ilə əvəz edilib. Damı Braziliya bayrağı bəzəyir, böyürlərdə - dalğavari əyilmiş sarı-yaşıl zolaqlar və palmalar təsvir olunub. Klakson əsl vuvuzel kimi səslənir. Hərəkət zamanı buzlu kaypirinya qarışdırılır - onun üçün dispenser tavana quraşdırılıb, benzin çənində qamış arağı kaşasa ləpələnir. Mühərrik 200 a.g. hasil edir və avtomobili 7,9 saniyədə saatda 100 kilometrədək sürətləndirir. Bütün bunlardan başqa eksklüziv avtomobilin sahibi üstəlik bir cüt çəkələk hədiyyə alır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.