İdman

Zidan: "Utanıram"

28 Sentyabr 2016 19:05
1 Şərh     Baxış: 1 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Borussiya" ilə Çempionlar Liqasında dünən keçirilən oyunu (2:2) şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Dortmunddakı oyundan sonra təşkil olunan mətbuat konfransında o, komandasının yaxşı oyun nümayiş etdirdiyini, amma nəticədən narazı qaldığını bildirib.

"Düzdür, bir xal da pis deyil. Amma biz daha artığına layiq idik. Ən acınacaqlısı odur ki, futbolçularımızın fədakarlığına baxmayaraq, oyunun bitməsinə üç dəqiqə qalmış qol buraxdıq və qələbəni əldən verdik. Bununla belə, komandamla fəxr edirəm".

Zidan "Real" ın La Liqa da daxil olmaqla son üç oyunda xal itirməsinə də də toxunub: "Mən utanıram ki, bu matçlarda qalib gələ bilməmişik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.