İdman

Bravo "Barselona"nın hücum triosundan qorxmur

27 Sentyabr 2016 20:38
0 Şərh     Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"ni Çempionlar Liqasının qrup mərhələsində "Barselona"ya qarşı çətin oyun gözləyir. Qvardiola Klaudio Bravo üçün bu görüş "Kamp Nou"ya qayıtmaq baxımında əlamətdar olacaq. Milli.Az goal.az-a istinadən xəbər verir ki, çilili qolkiper oyun öncəsi bir sıra sualları cavablandırıb.

- Bu qısa müddətdə Mançesterdə nə xoşuna gəldi?

- Əvvəla, burda özümü evdəki kimi hiss etməyim, yeni ölkə və komandaya uyğunlaşmağım üçün hər şey edirlər. Böyük kluba gəlmişəm. Bunu stadion, "Siti"nin dünyadakı azarkeş kütlədini görəndə başa düşürsən. Futbola qalanda, komanda yaxşı oyun göstərir. Bir-birini əla başa düşürük. Biz yenicə bu tərzdə oynamağa başlasaq da, bir sıra klub bu sxemi kopyalamağa çalışırlar. Həm məşçilər korpusu, həm də futbolçular işlərinin öhdəsindən əla gəlir. Ümumi götürəndə özümü burda çox yaxşı hiss edirəm.

- Qapıçı kimi ayaqlarınla oynamağı da yaxşı bacarırsan...

- Hər şey uşaqlıqda başladı. Effektli zərbələrim vardı. Hücumçudan tutmuş qapı xəttinə qədər müxtəlif mövqelərdə oynamağı sevirdim. 10 yaşm olanda qapıçı olmağa qərar verdim. Amma futbola yanaşmam dəyişmədi. Müasir futbolda qapıçının ayaqla oynamaq bacarığı mühümdür. Qolkiper seyvlərdən başqa şeyləri də bacarmalıdır.

- Messi, Neymar və Suarezin məşqlərdə nələr etdiyini gündəlik görümüsən. Onlara qarşı rəqib qapıçı kimi oynamaq necə bir hissdir?

- Əla. Onlar dünya səviyyəli futbolçular olmaqla bərabər, yaxşı insanlardır. Bu trio ilə eyni komandada oynamaq mənə faydalı idi. İndi əks cəbhələrdə yer almışıq. Birlikdə oynamaq çox xoş idi.

- Bu trioya qarşı oynamaq qapıçı üçün kabus deyil?

- Belə düşünmürəm. Rəqib komandanın hücumçularını heç vaxt kabus hesab etməmişəm. Əksinə, bunu bir sınaq kimi görmüşəm. Ən yaxşılara qarşı oynamaq mənə motivasiya verir. Rəqibin məndən güclü olduğunu düşünmək əvəzinə öz gücümə inamım artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.