İdman

Bakı-2015 ilk Avropa Oyunlarında xidmət edəcək həkimlər üçün təlimlər keçiriləcək - FOTO

18 Sentyabr 2014 13:57
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Tibb Univesiteti Bakı-2015 ilk Avropa Oyunları ilə əməkdaşlığa başlayır. Universitetin Tədris Cərrahiyyə Klinikasında yarışlarda xidmət göstərəcək həkimlərə təlim keçiriləcək.
 

ATU-dan Trend-ə verilən məlumata görə, bu gün universitetin rektoru, akademik Əhliman Əmiraslanov Bakı-2015 ilk Avropa Oyunlarının tibb direktoru xanım Pem Vedinqlə görüşüb. ATU-nun Azərbaycanda yeganə tibb təhsili müəssisəsi olduğunu bildirən Ə.Əmiraslanov hər il universitetə 1000-ə yaxın tələbənin qəbul olduğunu diqqətə çatdırıb.
 

Onun sözlərinə görə, hazırda universitetin 7000-dən çox tələbəsi arasında 18 ölkənin vətəndaşları da var. ATU-da 160-dan çox professor çalışır, müəllim heyətinin sayı 600 nəfərə çatır.
 

Pem Vedinq gələn il Bakıda keçiriləcək beynəlxalq tədbirdə tibb sahəsində güclü mütəxəssislərə ehtiyac olduğunu qeyd edərək bu məsələdə Tibb Universiteti ilə əməkdaşlıq etmək arzusunda olduqlarını söyləyib.
 

Görüş zamanı Avropa Oyunlarında idmançılara və digər personala tibb xidməti göstərəcək mütəxəssislərin hazırlıq keçməsi üçün ATU-nun klinikalarında mövcud treninq mərkəzlərindən istifadə olunması təklifi səslənib. Əldə olunan ilkin razılaşmaya əsasən, Avropa Oyunlarında xidmət göstərəcək həkimlər üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı treninq mərkəzində təlimlər təşkil olunacaq. Yarış zamanı Tibb Universitetinin təmsilçilərindən ibarət həkim briqadası da xidmət göstərəcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.