İdman

İnyesta Messinin "Barselona"dakı taleyi haqda danışdı

25 Aprel 2014 12:59
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Barselona"nın futbolçusu Andres İnyesta mövsümün sonunda komandadan ayrılacağı iddia edilən Lionel Messi haqda maraqlı fikirlər səsləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, məlumatına görə, "Sport"a danışan ispaniyalı futbolçu Messinin bir daha "Barselona" kimi komanda tapmayacağını dilə gətirib:

""Barselona" bir daha Messi kimi futbolçuya sahib olmayacaq. Ancaq Messi də özünü evdəki kimi hiss etdiyi bir komanda tapa bilməz. Bu səbəbdən onun karyerasını "Barselona"da başa vuracağına ümid edirəm. Bu, hər iki tərəf üçün uğurlu seçim olar".

Qeyd edək ki, "Barselona" ilə müqavilə yeniləyəcəyi gözlənilən argentinalı futbolçunun eyni zamanda komandadan ayrılacağı da istisna olunmur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.