İdman

"Çelsi"nin futbolçusu "Monako"ya keçir?

9 Aprel 2014 14:28
0 Şərh     Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin futbolçusu "Monako"nun hədəfində

"Çelsi" klubunun müdafiəçisi Eşli Koul daha bir komandanın transfer hədəfinə düşüb.

Milli.Az xəbər verir ki, qol.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, ingilis futbolçu ilə "Monako" klubu yaxından maraqlanır.

Fransa təmsilçisi Koulun keçidi üçün qarşı tərəfə 12 milyon avro təklif edib. "Çelsi"nin əsas heyətindən kənarda qalan təcrübəli futbolçunun da mövsümün sonunda komandadan ayrılmaq istədiyi bildirilir. 33 yaşlı futbolçunun mövsümün sonunda hansı qərar verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Türkiyənin "Beşiktaş" klubu da mövsümün sonunda Koulu transfer etməyi planlaşdırır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.