İdman

Arda yox, Kosta yox: rəqib isə "Barselona"

9 Aprel 2014 14:00
1 Şərh     Baxış: 1 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"da ciddi itkilər

Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında "Barselona" ilə qarşılaşacaq "Atletiko"nun heyətində ciddi itkilər var.

Qol.Az-ın məlumatına görə, komandanın aparıcı futbolçularından olan Dieqo KostaArda Turanın bugünkü qarşılaşmada iştirak edə bilməyəcəkləri dəqiqləşib. Zədədən əziyyət çəkən hər iki futbolçu dünən baş tutan məşqdə iştirak edə bilməyib.

Baş məşqçi Dieqo Simeone Kostanın əvəzinə Adriana şans verəcəyini bildirib: "Adrian yaxşı formadadır. Mövsümün əvvəllərində komandaya çox fayda verib. Əminəm ki, sabah çox yaxşı oyun nümayiş etdirəcək və qol vuracaq".

Qeyd edək ki, "Ateltiko" - "Barselona" matçı bu gün saat 23:45-də başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.