İdman

Baş məşqçi yağmasa da, guruldadı

9 Aprel 2014 14:13
0 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Blan: "PSJ "Çelsi" ilə eyni səviyyədədir"

"Məğlubiyyətə görə məyusam. Yaxşı komandamız var. İlk oyunla müqayisədə bu matça yaxşı başlamışdıq. Yan xəttdən daxil edilən top qapımıza qolla nəticələndi. Bu da "Çelsi"yə ikinci hissədə özünəgüvən gətirdi. Biz isə qol epizodlarından istifadə edə bilmədik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında PSJ-nin baş məşqçisi Loran Blan Çempionlar Liqasının 1/4 finalında "Çelsi" ilə oyundan (0:2) sonra deyib.

Fransız mütəxəssis komandasının "Çelsi" ilə eyni səviyyədə olduğunu bildirib: "Mərhələni keçə bilmədik. Ancaq "Çelsi"nin cüzi üstünlüyü var idi. Məncə, PSJ "Çelsi" ilə eyni səviyyəli komandadır. Pis oynadığımızı söyləyə bilmərəm. Təəssüf ki, yarımfinala yüksələ bilmədik".

Qeyd edək ki, dünən səfərdə "Çelsi"yə 0:2 hesabı ilə uduzan PSJ turnirdə mübarizəni dayandırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.