İdman

Çempionlar Liqası: İlk yarımfinalçılar bəllidir - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

9 Aprel 2014 09:59
16 Şərh     Baxış: 5 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09:02

Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun gününə iki qarşılaşma nəzərdə tutulub.

"Çelsi" öz meydanında Fransanın PSJ klubunu qəbul edib. İlk görüşdə səfərdə PSJ-yə 1:3 hesabı ilə uduzan London təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxa bilib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Joze Mourinyonun komandası yarımfinala yüksəlib.
 
Günün digər qarşılaşması isə Dortmundda keçirilib. Burada yerli "Borussiya" klubu Madrid "Real"ı ilə qarşılaşıb. Madrid təmsilçisi ilk görüşdə 3:0 hesabı ilə qələbə qazandığından bu oyuna bir qədər rahat çıxdığını demək olardı. Elə matçın ilk dəqiqələrindən dortmundlular üstünlüyü ələ alıb, Marko Reusun 25 və 37-ci dəqiqlərdə vuduğu qollarla hesabda önə keçib. Lakin "Borussiya"nın bundan artığına gücü çatmayıb və görüş 2:0 hesabi ila başa çatıb. Bu nəticə isə "Real"ı növbəti mərhələyə yüksəldib.

Qeyd edək ki, 1/4 finalın cavab oyunlarına bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

8 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

"Çelsi" (İngiltərə) - PSJ (Fransa) (İlk oyun - 1:3) - 2:0
Qollar: Şürle, 32 (1:0), Demba Ba, 87 (2:0)

"Borussiya" (Dortmund, Almaniya) - "Real" (Madrid, İspaniya) (İlk oyun - 0:3) - 2:0
Qollar: Reus, 25 (1:0), 37 (2:0)

Matçın 17-ci dəqiqəsində "Borussiya"nın qapısına təyin edilən penalti zərbəsini Di Maria dəyərləndirə bilməyib. Onun zərbəsini qapıçı Vaydenfeller zərərsizləşdirib.

9 aprel

23:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya) (İlk oyun - 1:1)

23:45. "Bavariya" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) (İlk oyun - 1:1)

Milli.Az

-----------
09:59

Videoları izləmək üçün şəkillərə klikləyin.

"Borussiya" (Dortmund, Almaniya) - "Real" (Madrid, İspaniya) (İlk oyun - 0:3) - 2:0



"Çelsi" (İngiltərə) - PSJ (Fransa) (İlk oyun - 1:3) - 2:0


----------
09:18

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.