Cəmiyyət

Masallıda məktəblilər arasında dava: ölən var - YENILƏNIB

27 May 2017 23:46
24 Şərh     Baxış: 8 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:46

Masallıda dava zamanı ölən məktəblinin şəxsiyyəti məlum olub.
Milli.Az "Report"a istinadən bildirir ki, bu, 2000-ci il təvəllüdlü Əliyev Kənan Teymur oğludur. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Kənan ilə dalaşan digər məktəbli polis tərəfindən ifadəsi alınması üşün saxlanılıb.

21:12

Masallıda məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbdə qeydə alınıb. Kənan və Həsənağa adlı məktəblilər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə Kənan gicgah nahiyəsindən aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
 
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Hadisəyə məktəblilər arasında yaranan mübahisənin səbəb olduğu deyilir.

20:21

Masallı rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbin ərazisində məktəblilər arasında dava ölümlə nəticələnib.

Milli.Az "Report"a istinadən bildirir ki, dava Kənan və Həsənağa adlı məktəblilər arasında düşüb.

Nəticədə Kənan gicgah nahiyəsində aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.