Cəmiyyət

Velosipedə mühərrik quraşdırıb: 1 litr benzinlə 40 km. yol gedir - VİDEO

29 Mart 2017 21:34
0 Şərh     Baxış: 2 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maraqlı ideya Ağstafanın Köçəskər kənd sakini Rəhman Quliyevə məxsusdur. İstifadə etdiyi velosipedin pedallarını sökərək, əvəzində odun kəsən mişar motoru yerləşdirən Rəhman Quliyev minik vasitəsini indi bu cür idarə edir. 27 yaşlı gənc deyir ki, velosipedə mühərrikin quraşdırılmasına cəmi 1 gün vaxt sərf edib. Minik vasitəsinin hərəkətə gətirilməsi üçün ona karbirator, benzin çəni və lazım olan digər avadanlıqlar da əlavə olunub.

Sahibinin dediyinə görə, velosiped saatda 60 km. sürətlə hərəkət edə bilir. 1 litr benzinlə 30-40 km-ə qədər yol qət etmək mümkündür.

O, velosipedi təkmilləşdirmək niyyətindədir.

Rəhman Quliyev təxminən 100 manata başa gələn mühərrikli velospedin alıcısı olarsa, düzəldib satmağı da nəzərdə tutur.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Velosipedə mühərrik quraşdırıb: 1 litr benzinlə 40 km. yol gedir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.