Cəmiyyət

Bəzi avtobuslar xətdən uzaqlaşdırılaraq - VİDEO

31 May 2016 21:09
0 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda bəzi avtobuslarda vəziyyət acınacaqlıdır. Əksər avtobusun oturacaqları sınıqdır. Oturacaqlardan yıxılıb xəsarət alan sərnişinlərdə var. Əməkdaşlarımız bu gün paytaxtda fəaliyyət göstərən belə marşurut avtobuslarında olublar.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, oturacaqlar ya cırıqdır, ya da sınıq.  Paytaxt daxilində hərəkət edən əksər marşrut avtobuslarının salonunda bu mənzərə var. Nəticədə sərnişinlər rahat otura bilmir, hətta oturacaqdan yıxılıb xəsarət alanlar da var.

Belə mənzərəni 30, 175, 32, 46 və digər bir sıra avtbuslarında görmək mümkündür.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Nuridə Allahyarova bildirir ki, qurum tərəfindən də belə faktlar aşkarlanıb. Bu barədə daşıyıcı şirkətlərə ciddi xəbərdarlıqlar edilib. Yaxın vaxtlarda Bakıda bütün avtobuslara baxış keçiriləcək və ümumi islahatlar aparılacaq. Rahatlıq və texniki baxımdan standartlara cavab verməyən avtobuslar xəttən uzaqlaşdırılaraq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bəzi avtobuslar xətdən uzaqlaşdırılaraq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.