Cəmiyyət

Kütübi-sittə və kütübi-tisə hansı kitablara deyilir?

10 Oktyabr 2015 19:45
2 Şərh     Baxış: 3 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, kütübi-sittə (tərcüməsi "altı kitab") əhli-sünnə məzhəbində ən mötəbər sayılan altı hədis kitabına deyilir. Xüsusilə, aşağıda adları verilən kitablardan birincisi və ikincisi əhli-sünnə tərəfindən çox mühüm sayılır. Kütübi-sittəyə bu kitablar daxildir:

"Səhihül-Buxari". Kitabın müəllifi Əbu Abdullah Mühəmməd ibn İsmail Cüfi Buxaridir (810-870). Kitab 7563 hədisdən ibarətdir. Eyni hə¬dislər bir neçə yerdə qeyd edildiyi üçün təkrarları çıxdıqdan sonra 2600-ə yaxın hədis qalır.

"Səhihü Müslim". Müəllifi Əbül-Hüseyn Müs¬lim ibn Həccac Qüşeyri Nişaburidir (821-875). Kitabda 7563 hədis var; təkrarları çıxsaq, təqribən 4000 hədis qalar.

"Sünənü Əbu Davud". Müəllifi Əbu Davud Süleyman ibn Əşəs Əzdi Sicistanidir (817-889). Əsər 5274 hədisdən ibarətdir.

"Sünənüt-Tirmizi". Müəllifi Əbu İsa Mühəm¬məd ibn İsa Tirmizidir (824-892). Kitabdakı hədislərin ümumi sayı 5000-ə yaxındır, təkrar hədislərin sayı azdır.

"Sünənü İbn Macə". Müəllifi Əbu Abdullah Mühəmməd ibn Yəzid Rəbəi Qəzvinidir (824-887). 4341 hədisdən ibarətdir, təkrar hədislər azdır.

"Sünənün-Nəsai". Müəllifi Əbu Əbdürrəhman Əhməd ibn Şüeyb Nəsaidir (829-915). Kitab 5729 hədisdən ibarətdir.

Bəzən yuxarıdakı 6 kitaba daha 3 hədis məcmuəsini də əlavə edib, onları birlikdə "kütübi-tis'ə" (doqquz kitab) adlandırırlar. Həmin üç kitab aşağıdakılardır: maliki məzhəbinin banisi Malik ibn Ənəsin (711-795) qələmə aldığı "Müvətta", hənbəli məzhəbi¬nin banisi Əhməd ibn Hənbəlin (780-855) tərtib etdiyi "Müsnəd" və Abdullah ibn Əbdürrəhman Dariminin (797-869) topladığı "Sünənüd-Darimi" kitabları.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.