Cəmiyyət

Quba rayonunda xəzinə tapılıb

27 Avqust 2015 23:11
2 Şərh     Baxış: 1 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quba rayonunun Xaltan kəndində kiçik xəzinə aşkar edilib.

Milli.Az "report"a istinadən xəbər verir ki, xəzinəni uşaqlar yarıuçuq sahibsiz tikilinin ərazisində oynayarkən, divarın içindəki oyuqdan tapıblar.
Xəzinənin içində xeyli sayda gümüş pul, gümüş pullardan ibarət bir neçə boyunbağı, 1875-ci illərin müxtəlif nominasiyalı kağız pulları, təsbeh, köhnə cildli Quran, gümüş və adi xəncər və köhnə tapança olub.
Tapıntı Quba rayon Polis şöbəsinə təhvil verilib. Hazırda şöbənin Qonaqkənd bölməsinda faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.