Cəmiyyət

Havanın temperaturu 35 dərəcəyədək yüksələcək

27 May 2015 17:38
0 Şərh     Baxış: 2 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında gündüz hava, əsasən, yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.