Cəmiyyət

Donuzçuluq təsərrüfatlarında yoxlamalar aparılır

30 Mart 2015 22:47
0 Şərh     Baxış: 3 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 10 gündə Türkiyədə 42 nəfər "donuz qripi"nə yoluxaraq həyatını itirib. Azərbaycanda donuzlar arasında sözügedən AH1N1 virusuna yoluxma faktı qeydə alınmayıb.
RTV (Region TV) xəbər verir ki, 30 başdan artıq donuzun saxlandığı şəxsi təsərrüfat Qusar rayonunun Gədəzeyxur kəndində yerləşir. Təsərrüfat sahibi Raik Sevzixanov artıq 20 ildən çoxdur ki, donuz saxladığını bildirir. Qapalı şəraitdə saxlanılan heyvanlar arasında, hələ ki, ciddi xəstəlik aşkarlanmayıb.Təsərrüfat sahibi deyir ki, xəstəliyin baş verməməsi üçün donuzların qidalanma və saxlanma şəraitinə diqqət yetirilməlidir.

Rayon ərazisində donuzçuluq təsərrüfatlarında "qara yara" xəstəliyinə qarşı profilaktik işlər başa çatıb. Gələn aydan isə heyvanların "Afirka Taunu" xəstəliyinə qarşı vaksinasiyası həyata keçiriləcək. Bundan başqa təsərrüfat sahiblərinə xəstəlik əlamətləri müşahidə edildikdə dərhal baytarlıq ximətinə məlumat verməsi barədə tapşırıq verilib.
 

Qeyd edək ki, donuz hər 6 aydan bir 4-8 arası bala verir. Hazırda bazarda bir kq donuz ətinin qiyməti 6 manatdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.