Cəmiyyət

Elmlər Akademiyasında 4 yeni təyinat olub

5 Mart 2015 14:33
Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinə yeni təyinatlar olub.

Milli.Az modern.az-a istinadənj xəbər verir ki, texnika üzrə fəlsəfə doktoru Dilguşa Mirzəyeva AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin Kadrlar şöbəsinin rəisi vəzifəsinə təsdiq edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli iclasında qəbul edilib.

Rəyasət Heyətinin digər qərarları ilə Svetlana Kərimova həmin şöbənin rəis müavini, Anar Əliyev isə Hüquq və kadrlar idarəsinin Qanunvericilik təminatı şöbəsinin rəis müavini vəzifələrinə təsdiq ediliblər.

Nərgiz Qəhrəmanova isə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.