Cəmiyyət

Ramil Usubov prokurorun bacısı oğlunu rəis etdi

27 Noyabr 2014 11:32
Baxış: 6 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub. Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəsi, polis polkovnik-leytenantı Zaur Şirinov işdən azad olunaraq Yasamal RPİ-nin İstintaq şöbəsinə rəis təyin olunub.

Nazirin digər əmri ilə Yasamal RPİ-nin müstəntiqi, polis mayoru Erol Əliyevin vəzifəsi artırılıb. E.Əliyev Xəzər RPİ-nin İstintaq şöbəsinə rəis təyin edilib. DİN-in mətbuat xidməti faktı təsdiqləyib.

Milli.Az-ın məlumatına görə, Erol Əliyev Xətai rayon prokuroru Yusif İldırımzadənin bacısı oğludur.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.