Cəmiyyət

Azərbaycanda vətəndaş nikahı qanuniləşdirilə bilər

16 Sentyabr 2014 13:57
14 Şərh     Baxış: 1 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Ailə Məcəlləsinə vətəndaş nikahı ilə bağlı maddənin əlavə olunması təklif edilib

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında deputat Fəzail Ağamalı çıxış edib.

Millət vəkili bildirib ki, vətəndaş nikahının olması bir faktdır və cəmiyyətdə buna qadağa qoymaq olmaz.

F.Ağamalının sözlərinə görə, vətəndaş nikahı ilə uşaq dünyaya gətirən ata və ana məsuliyyət daşımalıdır: "Biz bu məsələni gündəmə gətirməliyik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.