Cəmiyyət

Bakcell abonentləri aldadır?

19 May 2014 12:08
157 Şərh     Baxış: 32 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mobil operatorlar abonentləri aldadırlar. Belə bir iddia irəli sürən məqalə "Exo" qəzetində dərc olunub.

Abonent iki həftə öncə yeni Bakcell nömrəsi alaraq balansa 2 manat yükləyib. Bu müddət ərzində həmin nömrədən bir dəfə də istifadə etməyib, lakin onun balansında 1,68 manat pul qalıb.

Milli.Az xəbər verir ki, belə bir şikayət məktubunu "Exo" qəzetinə oxuculardan biri göndərib.

Həmin nömrədən zəng edilməyib, SMS göndərilməyib və İnternet aktivləşdirilməyib.

Azərbaycanda fəaliyyət göstərən mobil operatorlardan belə narazılıqlar tez-tez olur.

Bu arada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bəyan edib ki, mobil operatorlar tarifləri aşağı salmalıdırlar. Çünki hazırkı tariflər çox yüksəkdir.

Operatorlarla bağlı digər şikayət isə reklam xarakterli SMS-lərdir. Həmin SMS-lər müxtəlif kampaniya və müsabiqələrə qoşulmağı təklif edir.

Balansdan pul çıxarılması məsələsinə aydınlıq gətirmək üçün Bakcell-in məlumat mərkəzi ilə (Call Center) əlaqə saxayıb. Operatordan bildiriblər ki, əgər abonent balansından pul çıxıldığını iddia edirsə, Xidmət mərkəzinə şikayət etməlidir. Şikayətə operativ şəkildə baxılacaq. Pulun nəyə görə balansdan çıxarıldığı barədə məlumat onun nömrəsinə SMS-lə göndəriləcək.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu cür problem doğrudan da mövcuddur. Təşkilata dəfələrlə belə müraciət daxil olub.

"Mobil şirkətlər abonentlərin tənbəlliyinə oynayırlar. Əgər balansdan bir neçə qəpik çıxılırsa, abonent buna görə şikayət etməyəcək. Şirkətlər bunu gözəl anlayırlar və istifadə edirlər. Bütün bunlar ondan xəbər verir ki, istehlakçıların hüquqları lazımi qaydada qorunmur. Şirkətlərin də biznes etikaları aşağı səviyyədədir".

Hüquqşünas Elçin Qəmbərov da deyir ki, bu cür hadisə məhkəmə prosesinin predmeti ola bilər.

"Əgər abonent haqlıdırsa, bunu sübut etmək çox asandır. Zənglərin çıxarışını tələb etmək olar. Burada göstəriləcək ki, hansı zənglərə nə qədər xərclənilib. Burada söhbət maddi yox, mənəvi ziyandan gedir", - o əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.