Cəmiyyət

Azərbaycanda uşaq bağçasının müdirinə vaxt verdilər - FOTO

23 Dekabr 2013 15:58
1 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Qazax şəhəri, Bakı küçəsində yerləşən 1 saylı uşaq bağçası-körpələr evində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, bağçada hazırlanan yeməklər müvafiq qaydada təsdiq olunmuş texniki təlimat və reseptura olmadan hazırlanır, anbarda mal qonşuluğuna və saxlanma şəraitinə riayət olunmur, standartın tələblərinə uyğun olaraq bağçada 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmalı olduğu halda gündəlik menyu tərtib olunur. Bundan başqa, tibb işçisi verilməsi nəzərdə tutulan yeməklərdən nümunə götürmür, yeməklərin kalorilik, zülal, yağ və karbohidrat miqdarını hesablamır.

Yoxlama zamanı bağçanın yataq və mətbəx otağlarının gigiyenik tələblərə cavab vermədiyi aşkar edilib.

Bu və digər nöqsanların aradan qaldırılması üçün bağça rəhbərinə vaxt verilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.