Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə Fondun 2013-cü il iyunun 24-də elan etdiyi üçüncü qrant müsabiqəsinin yekunları, maliyyə dəstəyinin göstərilməsi haqqında yeni müqavilə formasının təsdiq olunması və cari məsələlər daxil edilib.
Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov iyunun 27-dən avqustun 12-dək gənclər təşkilatları və gənc vətəndaşlar tərəfindən Fonda təqdim edilmiş layihələr haqqında ümumi məlumat verib, bəzi statistik göstəriciləri Şura üzvlərinin diqqətinə çatdırıb. Müzakirələr nəticəsində Müşahidə Şurası "A" kateqoriyası (yerli layihələr) üzrə 139, "B" kateqoriyası (beynəlxalq layihələr) üzrə 9, "C" kateqoriyası (fərdi layihələr) üzrə 182 layihənin (cəmi 330 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul edib. Qeyd edilib ki, üçüncü qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan layihələrin sayı əvvəlki müsabiqə ilə müqayisədə təxminən iki dəfə artıb.
Qrant müsabiqəsinin yekunları sentyabrın 7-də Gənclər Fondunun saytında yerləşdiriləcək.
Daha sonra Fondun icraçı direktoru Fərhad Hacıyev maliyyə dəstəyinin göstərilməsi haqqında yeni müqavilə formasını Şura üzvlərinin diqqətinə çatdırıb. Bildirilib ki, yeni müqavilə forması Fond və qrant alan resipiyentlər arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayacaq.
İclasda xari məsələlər sırasında Fondun fəaliyyətinə aid bir sıra təklif və qeydlər nəzərə alınıb. Müzakirə edilən bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Milli.Az
Cəmiyyət
Gənclər Fondu növbəti qrant müsabiqəsinə yekun vurdu - FOTO
5 Sentyabr 2013 18:15
Baxış: 813
DİGƏR XƏBƏRLƏR
- Vergi borcu gələndə şirkəti olduğunu öyrənən şəxs nə etməlidir?
- "Nur" çörəyinin içindən iyrənc maddə çıxıb? - AÇIQLAMA - FOTOlar
- Xırdalanda binadakı partlayış nədən olub? - Sakinlər DANIŞDI
- 7 tələbənin qatili...
- Telefondan uzaqlaşaraq oxumağa necə geri qayıda bilərik? - Professor sirrini açdı
- Bəzi kosmetoloqlar "gözəllik qurban tələb edir" sözünü səhv başa düşürlər - SÜNİ GELİN FƏSADLARI
XƏBƏR LENTİ
- Vergi borcu gələndə şirkəti olduğunu öyrənən şəxs nə etməlidir?
- Aliment borcunun silinməsi üçün bu halda icra məmuruna müraciət edilə bilər
- Türkiyəli aktrisa ərə gedir - FOTO
- "Azərbaycanla danışıqlarda səhv etdim"
- Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
- 3 qəpik yenilənib belə oldu
- Əhməd əş-Şəraa: Cihadın kölgəsindən Suriyanın zirvəsinə
- İlham Əliyev: Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır
- Almaniyada milad bazarına hücum edən şəxs həbs edildi - FOTO
- Prezident: Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir
- "Nur" çörəyinin içindən iyrənc maddə çıxıb? - AÇIQLAMA - FOTOlar
- Bakıda ilk konseptual “Mercedes-Benz MAR20X” diler mərkəzinin açılışı baş tutub - FOTOlar
- İsrail hücuma hazırlaşır? - Netanyahu açıqladı
- Prezident: Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib
- Əsədin devrilmə planını ilk Türkiyə təsdiqləyib - Yeni detallar
- Bu şəxslərə 6 min manat ödəniləcək
- Prezident Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb
- DİN-nin əməkdaşı erməni rəqibini məğlub edərək çempion oldu - VİDEO - FOTO
- Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin konfransı keçirilir
- Bu da 1 milyonluq sual - İştirakçı cavab verə bilmədi - FOTO
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- "Beşiktaş"ın loqosu dəyişdirildi, qalmaqal düşdü - FOTO
- Xırdalanda binadakı partlayış nədən olub? - Sakinlər DANIŞDI
- Binəqədidə ağır qəza - ölən var