Şou-biznes

"Afaq Gəncəli ilə tamam fərqliyik" - FOTO

24 Oktyabr 2016 18:22
18 Şərh     Baxış: 11 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Xəzər" telekanalında yayımlanan "Xəzər Maqazin" verilişinin aparıcısı Çinarə Cəlilovanın axşam.az-a müsahibəsini təqdim edir.

- İlk dəfə aparıcılığa başladınız. Bu necə baş verdi?

- Ətrafımdakı insanlar görünüşümə görə hər zaman deyirdilər ki, sən mütləq tanınmalısan. Aparıcı, aktrisa, model kimi çox təkliflər gəlirdi. Hər zaman getdiyim tədbirlərdə diqqət çəkmişəm. Sonda "Xəzər" TV kimi çox sevdiyim bir kanaldan gələn təklif məni sevindirdi və qərarımı verdim. 

- "Xəzər Maqazin"in digər maqazin proqramlarından fərqi nədir?

- Çox güclü komanda ilə çalışırıq. Bu işə həqiqətən böyük əmək sərf edilir. Fərqimiz odur ki, biz əsl ulduzları göstəririk. Xəbər xatirinə hər kəsi efirə vermirik.

- Hədəfləriniz nədir?

- Hədəfim çox böyük yerlərə yüksəlməkdir. Bütün dünyada tanınmaq istəyirəm.

- Deyəsən, gözəlliyinizlə çox öyünürsünüz...

- Öyünmürəm, amma görkəmimdən narazı da deyiləm. Ona görə ki, süni heç nəyim yoxdur.

- Ailə həyatı qurmusunuz. Bir övladınız da var. Həyat yoldaşınız işinizə qısqanclıqla yanaşmır?

- Qısqanclıq hər kişidə olur. Elə mənim yoldaşımda da var. Amma qarşılıqlı güvən olduğu üçün boş şeyləri böyüdüb əhvalımızı korlamırıq. Biz bir-birimizi çox yaxşı tanıyırıq.

- Xarakterinizdə hansı xüsusiyyətlərinizi bəyənmirsiniz?

- İnsan gərək bəyənmədiyi xüsusiyyətləri özündə kəşf eləsin. Hərdən inadcıl, tərs oluram. Bir də çox istədiyim insanlardan tez inciyirəm.

- Özünüzə necə qulluq edirsiniz?

- Hələ ki, yaşım azdır. Ona görə düşünürəm ki, özümə qulluq etməyin vaxtı hələ qabaqdadır. Amma formada qalmaq üçün idmana gedirəm.

- Boş vaxtlarınızı necə keçirirsiniz?

- Son günlərdə işlərimlə əlaqədar olaraq çox az vaxtım qalır. Boş vaxt tapan kimi onu uşağıma ayırıram.

- "Xəzər Maqazin" "Onlar" verilişi ilə rəqabət apara biləcəkmi?

- "Xəzər Maqazin" yeni nəfəsdir, tam fərqlidir. İnanıram ki, bir nömrəli maqazin proqramı olacaq. İstər maraqlı süjetləri, istərsə də aparıcısı mənimlə.

- "Onlar" verilişinin aparıcısı Afaq Gəncəli və Çinarə. Sizi nə fərqləndirir?

- Hər bir xanımın özünəməxsus tərzi, gözəlliyi və şarmı olur. Afaq Gəncəli ilə mən tamam fərqli tərzdə olan insanlarıq. İlk növbədə o sarışındır, mən isə "qara qız" (gülür - red.)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.