Şou-biznes

Elməddin: "Bizdə himayə deyiləndə ağla ilk olaraq yataq gəlir"

12 Mart 2016 12:53
12 Şərh     Baxış: 3 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Elməddin Cəfərov ilk dəfə ailəsindən danışıb. 

Axşam.az-ın məlumatına görə, aktyor "Bizimləsən" verilişində heç vaxt həyat yoldaşına xəyanət etmədiyini bildirib:

"Ailə ilə gündəmə gəlməyi heç vaxt xoşlamamışam. Həyat yoldaşım mənə hər istədiyimi verib. Allah onun vasitəsilə mənə iki övlad bəxş edib. İstədiyim hər şeyə razılaşır. Başını bağlamasını istəmişəm, o da razılaşıb. Başqa nə olmalıdır ki?

Bundan sonra ona xəyanət etmək, başqa xanımla evlənmək - nəfsinin quluna çevrilmək deməkdir. Bizim dinimiz demir ki, get dörd arvad al. Dində deyilir ki, müharibə şəraitidirsə, kişilər ölübsə, yetim qalan uşaqlara bax, xanımı himayəyə götür. Bizdə himayə deyiləndə ağla ilk olaraq yataq gəlir. Himayə yardımlaşma deməkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.