Şou-biznes

Kənan: ""20 Yanvar" metrosunda yer pulu yığırdım"

3 Mart 2016 11:39
6 Şərh     Baxış: 3 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rejissor Kənan M.M. özü ilə bağlı etiraf edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, rejissor olmazdan əvvəl yer pulu yığdığını deyib. Kənan bu haqda "Stop" verilişində danışıb:

"İşim olmasa, oğurluqdan, cinayətdən başqa hər şey edərəm. Bunu deməkdən çəkinmirəm. Hətta ilk dəfə deyim ki, əvvəllər "20 Yanvar" metrosunda yer pulu yığırdım. Heç yerdə bu haqda danışmamışam".

Kənan övladlarından da söz açıb:

"Böyük qızım vurub-dağıtmaqda mənə oxşayır. Əgər istəsə, incəsənətə gəlməsinə icazə verərəm. Amma indi görürəm ki, evdə əşyaların yerini dəyişir. Özü də zövqlə edir. Deyirəm, yəqin, dizayner olacaq".

Qeyd edək ki, müğənni Aygün Mahmudova ilə ailəli olan Kənanın üç övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.