Şou-biznes

Azərbaycanlı aparıcı: "Bu sınaqdan da layiqincə çıxacağıq" - FOTO

25 Aprel 2014 14:26
Baxış: 2 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aparıcı Zümrüd Məmmədzadənin Milli.Az-a müsahibəsi.

- Neçə ildir televiziya sahəsində çalışırsınız? Və mümkünsə, bu sahəyə gəlişiniz barədə məlumat verərdiniz.

- İxtisasca iqtisadçıyam. 4 il əvvəl həyatımı yalnız bu sahəyə həsr edəcəyimi düşünürdüm. Amma hər kəs qəbul edər ki, həyatda hər şey planlaşdırıldığı kimi əvvəldən düşünülmüş şəkildə baş vermir. Həyatın bizə hazırladığı sürprizlərlə qarşılaşırıq. Bax elə televiziya həyatına ilk qədəm basmağım da mənim üçün belə gözlənilməz bir hadisə idi. "Hər saniyənin hökmü var" desəm, yəqin ki, yanılmaram. Və sozün əsl mənasında bu bir saniyə mənim gələcəyə dair planlarımı fərqli yöndə dəyişdi. Nəinki planlarımı, hətta həyata baxışımı da. Kənardan baxsaq, televiziya çox əyləncəli, maraqlı bir dünyadır. Bu tamaşaçıya təqdim olunan bir görüntüdür. Bu görüntünün arxasında isə məsuliyyət, cavabdehlik, ciddilik durur. Gecəsi-gündüzü olmayan iş mənə imkan yaratdı ki, çox dəyərli, müxtəlif sahədə fəaliyyət göstərən insanlarla tanış olum. Maraq dairəmin çox geniş olması isə mənim tamamilə fərqli layihələrdə çalışmağıma səbəb oldu. Ən sevindirici isə peşəkarların yardımı ilə ərsəyə gətirdiyimiz layihələr tamaşaçının da marağına səbəb oldu. Bu da mənə stimul verdi. Mən 4 illik fəaliyyətimi 2 hissəyə bölə bilərəm. İlk hissəni bədii verilişlərlə bağlaya bilərəm. Bu hissədə uğurlarım, yaddaqalan anlar həddən çox oldu. Aparıcılıq etdiyim "Yaşamaq gözəldir" verilişi müxtəlif nominasiyalarda qalib gəldi və "Qafqaz Media" tərəfindən "ən reytinqli aparıcı-jurnalist" elan olundum. İkinci hissədə xəbərlər sahəsində də özümü sınamağa qərar verdim. Və bu qərarımı dəstəkləyən insanların olması mənə də güc verdi. İnsanlarla danışmaq, onların həyat hekayələrini dinləmək, dərdlərinə ortaq olmaq, yenilikləri daim izləmək mənim üçün vacibdir. "Yalnız irəli" - bax budur mənim həyat prinsipim...

- Məsuliyyətli sınaq qarşısındasınız. Mayda daha çox tamaşaçılarınız olacaq. Hansı hissləri yaşayırsınız?

- Bu barədə danışmadan öncə bir şey söyləmək istəyirəm. İlki həyata keçirmək həmişə çox çətin və məsuliyyətli, bir o qədər də zövqverici bir işdir. Hazırda da bizim qarşımızda belə bir məsuliyyət durur. Bu öhdəliyi nəzərə alaraq bizə olan etimadı doğrultmağa çalışırıq. Ümid edirəm ki, bu sınaqdan da layiqincə çıxacağıq.

May ayından etibarən hər cümə saat 19.45-də mən "Sirlər" verilişi ilə Region TV-nin efirinə çıxacam. Bu layihənin əsas xüsusiyyətlərindən biri də odur ki, biz insanlarda qorxu və tərəddüd yaradan hadisələri dərindən və ətraflı araşdırırıq. Bizim sayəmizdə çox sirlər, qaranlıq məqamlar üzə çıxıb və insanlar Azərbaycanda müxtəlif vaxtlarda baş verən real olmayan hadisələrin şahidi olublar. Bizim üçün heç nə sirr qalmır. Bizim üçün sirr deyə bir şey yoxdur. Yeri gəlmişkən, əgər siz də görünməmiş, qəribə bir hadisənin şahidi olmusunuzsa və bunu bizimlə bölüşmək istəsəniz, şad olarıq. 0552265547, 0552265517 nömrəli telefonlar günün bütün saatlarında açıqdır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.