Şou-biznes

Eltonun xanımı: "Hərdən o, məni qısqanır" - FOTO

9 Aprel 2014 18:20
11 Şərh     Baxış: 6 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Elton Hüseynəliyevin həyat yoldaşı Toma ərinin xasiyyətindən danışıb

Toma axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçinin mənfi və müsbət xüsusiyyətlərini açıqlayıb:

"Artıq onun xasiyyətini bilirəm. Evdə elə şərait yaratmışam ki, heç nədən narazı qalmasın. Elton çox da kaprizli deyil. Səhər yuxudan oyananda sakitlik istəyir. Hamamı və çayı hazır olmalıdır. Bütün köynəkləri ütülü və şax dayanmalıdır. Bütün bunları onun üçün edirəm. O, səhər evdən çıxanda avtomobili belə işləyən vəziyyətdə olur. İstiyə dözümü yoxdur. Yeməklərə gəldikdə isə hər gün şirə içməli, pomidor və pendir yeməlidir.

Əgər bunlar yoxdursa, qabağına dünyanın hər nemətini qoysan da, yeməyəcək. Harasa gedəndə səbrsiz olur. Bəzən məsləhətlərimə qulaq asır. Sonra deyir ki, nə yaxşı sən deyən formada etdim. Son vaxtlar ona səbrli olmağı öyrətmişəm. Eltona qarşı yersiz qısqanclıq səhnələri göstərmirəm. Müğənnidir, pərəstişkarı olmalıdır. Onlarla qucaqlaşıb fotolar da çəkdirə bilər. Eltona inanıram, yerini bilən adamdır. Onu özümdən çox tanıyıram və güvənirəm. Hərdən o, məni qısqanır. Ən çox da şəhərdə gəzəndə, harasa gedəndə... Amma xarici səfərlərdə olanda tamam fərqli davranır".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.