Şou-biznes

Əməkdar artist xarici müğənnini Bakıya gətirmək üçün maşınını satıb

9 Aprel 2014 16:15
5 Şərh     Baxış: 2 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Nüşabə Ələsgərli türkiyəli ifaçı İbrahim Tatlısəsi oğlunun sünnət toyuna necə gətirməyindən danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Düz üzünə" verilişində bununla bağlı yayılan bütün xəbərlərə son qoyub. O, İ.Tatlısəsin Bakıya 150 min dollara gəldiyi xəbərinin yalan olduğunu bildirib:

"Oğlumun kiçik toyuna İbrahim Tatlısəsi gətirmək çoxdankı arzum idi. Bu haqda müsahibə verdikdən sonra Manaf Ağayev mənə zəng edib dedi ki, o da İbrahimlə görüşməyi çox istəyir. Buna görə də nə kömək lazım olsa, qardaş kimi etməyə hazırdı. Fevralda Türkiyəyə gedib Tatlısəslə danışdım.

Toyu mayın 30-na təyin etdik. Həmin gün öz övladıma və bacılarımın üç oğluna toy etdim. Mənə dəstək olduğuna görə Manafı oğluma kirvə seçdim. Bir daşa gücüm çatmasa, onu qaldırmağa çalışmaram. Sonra dedilər ki, İbrahim Bakıya 150 min dollara gəlib. Amma bunlar şayiə idi. İbrahim Tatlısəs və musiqiçiləri bizim toya pulsuz gəlmişdi. Mən, sadəcə, yol və qalmaq xərclərini ödədim. Buna görə iki avtomobilimdən birini satdım".

N.Ələsgərli Manaf Ağayevlə dostluqlarından da danışıb:

"Bir nəfər məndən borc almışdı, qaytarmırdı. Manafın köməkliyi ilə onu geri aldım. O gündən tövbə etmişəm, heç kimə borc vermirəm. Manaf efirdə qazancından çox danışır. Hər dəfə də zəng edib ondan kömək istəyirlər. Həmişə deyirəm ki, efirdə pul söhbəti etmə".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.