Şou-biznes

Ağır xəsarət alan xalq artsitinin gedəcək evi yoxdu - YENİLƏNİB

9 Aprel 2014 15:58
28 Şərh     Baxış: 10 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hərəkətsiz halda qalan Nuriyyə Əhmədova xəstəxanadan evə buraxıldıqda hara gedəcəyini bilmir


15:58


11 saylı avtobusun sürücüsünün səhlənkarlığı üzündən avtobusun içində yıxılaraq bel nahiyəsindən ciddi zədə alan xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti orta-ağır olaraq qalır.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, hadisədən dərhal sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən aktrisanın vəziyyətində irəliləyiş yoxdur. Onurğa sütununun əziyi və 2, 3, 4-cü bel fəqərələrinin köndələn çıxıntısı diaqnozu qoyulan xalq artistinə dünən gibsi əvəz edən karset geyindirilib. Lakin karset geyindikdən sonra Nuriyyə xanımın halı pisləşdiyindən, onu çıxarıblar.

Aktrisanın aşağı ətraflarında hissiyyat və hərəkət olsa da, bel fəqərələrindəki çıxıntılara görə hərəkət edə bilmir. Hərəkətsiz vəziyyətdə qalan aktrisanın vəziyyəti günü-gündən pisləşir. Düşdüyü vəziyyət fəal həyat tərzi keçirməyə adət etmiş Nuriyyə xanıma olduqca pis təsir edir. Tez-tez təzyiqi yüksəlir və üstəlik də normal qidalanmaması səhhətinə birbaşa təsir edir. Bel və aşağı ətraflardakı hər hansı hərəkət etdikdə xalq artistinin güclü ağırıları tutur. Dünən qəbul etdiyi bir bananın ona dəhşətli ağrılar bahasına başa gəldiyindən xalq artisti yeməkdən imtina edib.

Hazırda xalq artisti Nuriyyə Əhmədovaya növbə ilə bacıları qulluq edirlər. Bir müddətdən sonra xəstəxanadan evə buraxılacaq Nuriyyə Əhmədovanın isə gedəcək evi yoxdur. Zaman-zaman bacılarının, rəfiqələrinin evində yaşayan sevilən aktrisa bu vəziyyətində xəstəxanadan buraxıldıqdan sonra hara gedəcəyini bilmədiyini deyir: "Əvvəl canım sağ idi, ordan-ora qaçırdım. Evim olmadığından əşyalarım bacılarımın, rəfiqələrimin evindədi. Bir ayaqqabım birinin evində, bir paltarım birinin. Çəkilişlərə gedəndə hara yaxın olurdusa, o yaxınımın evində əynimi dəyişirdim. İndi vəziyyət dəyişib, mən kimin evində gedib xəstə yatacam? Bacılarım da olsa, heç kimə yük olmaq istəmirəm. Sağ olsunlar, xəstəxanada növbə ilə yanımda qalırlar. Amma gedib onları öz evlərində də narahat edə bilmərəm. Bunları fikirləşdikcə daha da pis oluram..."

Qeyd edək ki, xalq artisti Nuriyyə Əhmədova aldığı xəsarətlərlə yanaşı, uzun illərdi işemiya, qalxanvari vəzi və yüksək təzyiq kimi xəstəliklərdən əziyyət çəkir.

---------
14:38

Bu gecə xalq artisti Nuriyyə Əhmədovanın səhhəti qəfildən pisləşib


Ağrılara dözə bilmədiyindən huşunu itirən xalq artistininin köməyinə həkimlər gəlib.

Milli.Az xəbər verir ki, bu barədə publika.az-a aktrisanın bacısı Maya xanım məlumat verib. Onun sözlərinə görə, hazırda Nuriyyə xanım özünə gəlsə də, ağrılardan əziyyət çəkir:

"Həkimlər onun yeriməsini istəyirdilər, buna görə də ayağa qaldırmağa cəhd etdilər. Lakin bu, mümkün olmadı. Hələ ki, yataqdan qalxa bilməyən bacım indən belə on gün də belə vəziyyətdə qalacaq. On gündən sonra həkimlər yeriməsinə yardım edəcək, təbii ki, əgər səhhəti buna imkan versə. Həkimlər onun yeriyəcəyini deyirlər, amma hər şey ola bilər. Sevindirici hal budur ki, ayaqlarında hissiyyat var".

Onu da öyrəndik ki, sənət dostlarından Nuriyyə xanıma baş çəkənlər o qədər də çox deyil: "Nahidə Orucova, Kubra Əliyeva bacıma baş çəkib".

"Bəs Mədəniyyət və Turizm Nazirliyindən necə, aktrisanın səhhəti ilə maraqlanan olubmu?" sualına bacısının cavabı belə olub: "Yalan deyərəm, onlardan heç kim Nuriyyə ilə maraqlanmayıb. Bacımın bütün xərclərini də özüm çəkirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.