Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi özünü cazibədar ulduz hesab etdiyini deyib:Müğənni Nadir Qafarzadə "Şou+" verilişinə verdiyi açıqlamada öz ünvanına təriflər yağdırıb
"Mənim hər açıqlamam reytinq gətirir. Məndə cazibə qüvvəsi, şirinlik var. Tamaşaçını cəlb edə bilirəm".
Xalq artisti Faiq Ağayevlə aralarındakı münaqişəyə son qoyan N.Qafarzadə onunla üz-üzə gəlməməklərinin səbəbini açıqlayıb:
"İkimiz də kamil insanlarıq. O da nə etdiyini bilir, mən də. Buna görə də aradakı qalmaqala son qoyduq. İndi münasibətlərimiz yaxşıdır. Mənim içimdə Faiqə qarşı qətiyyən kin yoxdur. Məclislərdə qarşılaşmırıq. Nə qədər gec-gec görüşsək, o qədər yaxşıdır. Tez-tez rastlaşanda insan bir-birini qıcıqlandırır".
Milli.Az