Şou-biznes

Səbinə Babayevaya sual ver, bilet qazan - MÜSABİQƏ

9 Aprel 2014 12:04
3 Şərh     Baxış: 1 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Səhnəmizin gənc müğənnilərindən olan Səbinə Babayevanın bu ay möhtəşəm konserti gözlənilir.

Milli.Az xəbər verir ki, "Eurovision-2012"də Azərbaycanı təmsil edən gənc müğənnimizin aprelin 27-də Eleven Restaurant & Lounge-da "Oceans away" adlı konserti nəzərdə tutulub.

Səbinə Babayeva ilə yanaşı, gecədə DJ Elvin BikooDJ Emineronun çıxışları da sizləri gözləyir.

Bu konsertə bilet qazanmaq istəyən şəxslər, Facebook səhifəmizdə keçiriləcək müsabiqədə iştirak edib, konsertə pulsuz bilet qazana bilərlər.

Şərt:

Səbinə Babayevaya sualınızı şərhə yazın. Onların arasında ən maraqlılarını müxbirimiz müğənniyə çatdıracaq. Ən orijinal sualların sahibləri (3 nəfər) qalib olacaqlar. 

Müsabiqə bu gün başlayır.

Qaliblərin adları isə sabah saat 17:00-da bilinəcək.

Hər bir oxucuya uğurlar arzulayırıq.

Nəzərinizə çatdıraq ki, konsertrin informasiya dəstəyi Trend.az, Day.AzMilli.Az saytlarına və həmçinin Chat Box, 106 fm, Araz fm, Citylife.az, Park Bulvar-a məxsusdur.

Müsabiqədə iştirak etmək üçün bu keçidə daxil olun və tanınmış müğənniyə ən maraqlı sualı verin. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.