Milli.Az xəbər verir ki, əməkdar artist Mətanət İsgəndərli bu gün haqqında yayılan xəbərlə bağlı ilk dəfə olaraq publika.az-ın suallarını cavablandırdı.
Mətanət xanım onu da bildirdi ki, gün ərzində bu məsələ ilə bağlı yalnız bacısı danışıb. İlk dəfə olaraq özü bizim sayta açıqlama verdi.
- Sizcə, bu xəbəri kimlər yayıb?
- Mən hesab edirəm ki, bunu yazan sayt özünə reytinq qazanmaq naminə bu xəbəri yayıb. Amma həmin adamlara demək istəyirəm ki, reytinq qazanmaq xatirinə kiminsə qəlbinə dəymək, onu ləkələmək Allah yanında günahdır. Digər tərəfdən, məni gözü götürməyən insanlar da bu işin içində ola bilər. Məqsəd də məni gözdən salmaq, ləkələmək, şöhrətimə xələl gətirməkdir. Çünki Mətanət İsgəndərlinin adı-sanı, Azərbaycanla bir olan hörməti-izzəti var. Başqasını vurmaqla özünü qalib hesab etmək olmaz.
- Bu xəbəri sizə kim verdi?
- Yatmışdım, qızım məni yuxudan ayıltdı ki, ana, jurnalist zəng edib, sənin haqqında gör nələr yazılıb. Qızım Ülkər yazılanları mənə oxuyanda güldüm. Həm də əsəbiləşdim. Çox gülünc söhbət idi. Adama elə ləkə vurarlar ki, heç olmasa, ona yapışsın. Mətanət İsgəndərlinin narkoman olması xəstə düşüncənin məhsulu ola bilər.
- Ailə üzvlərinizin bu xəbərə münasibəti necə oldu?
- Gəlinim, qızım, kürəkənim, oğlum Kərim çox əsəbləşdi. Kərim mənə dedi ki, ana, belə cəfəngiyyata görə əsəbləşmə. Çünki oğlum bilir ki, mən əsəbləşən zaman təzyiqim yüksəlir.
- Sənət dostlarınızdan kimlərsə zəng edib dəstək oldularmı sizə?
- Yaxın dostlarım zəng etdilər. Hamısı o xəbəri yayanlara söyürdü. Hər kəs məni yaxşı tanıyır, bilirlər ki, mən necə bir həyat tərzinə malik qadınam. Mən heç siqaret də çəkmirəm. Kimsə yanımda siqaret çəkəndə tüstüsündən boğuluram, o ki qala narkotika istifadəçisi olum.
- İndi neyləmək fikrindəsiniz?
- Bu xəbəri yayanları məhkəməyə verəcəyəm. Qoy qanun qarşısında cavab versinlər. Mən Azərbaycanın tanınmış, sevilən sənətkarıyam, heç kimin mənim imicimə xələl gətirməyə haqqı yoxdur. Əlində sübut, fakt olmadan mənə ləkə vurmağın nə olduğunu özləri biləcəklər. Mən bu işin axırına çıxacağam.
- Şou-biznesdə düşmən olduğunuz sənətçilər varmı, bəlkə onlar bu xəbəri yayıblar?
- Mən heç kimlə düşmən deyiləm. Heç vaxt ağlımdan da keçirmərəm ki, sənət dostlarım mənə zərbə vursunlar.
Milli.Az
Şou-biznes
"Mətanət İsgəndərlinin narkoman olması xəstə düşüncənin məhsulu ola bilər"
8 Aprel 2014 19:16
10 Şərh
Baxış: 5 075
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar
- "Nissan"ın yenilənmiş avtomobili təqdim edildi - FOTOlar
- "Şadam ki, qardaşım artıq əziyyət çəkmir" - Madonna
- Cemal Hünal rəsmən boşandı
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq
- Dünyada ən zəngin qadın musiqiçi oldu