Şou-biznes

Aygünlə Ramal barışdı

8 Aprel 2014 17:23
19 Şərh     Baxış: 2 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan şou-biznesində uzun sürən küsülülük dünən sona çatıb. Milli.Az Day.Az saytına istinadən bildirir ki, şairə Leyli Erol (İsrafilova) və bəstəkar Hakan Erolun toyunda daha bir barışıq baş tutub. Xalq artisti Aygün Kazımova ilə müğənni Ramal İsrafilov barışıb. 

Ramal Leyli və Hakanı təbrik etmək üçün çıxanda "Biletini alma" mahnısını ifa edib. Heç kimin gözləmədiyi halda Aygün Kazımova əyləşən masaya yaxınlaşıb, onun üzərinə qızılgülə ləçəkləri tökərək öpüb. Mahnı bitəndən sonra isə Ramal üzrxahlıq nitqi söyləyib. Aygün də Ramalı çox incitməyib. 

Lady Day.Az-ın məlumatına görə, Ramalın üzrünü qəbul etməsini Aygün Kazımova belə izah edib: 

"Ramal mənə yad biri deyil. Mən həmişə ona qarşı xüsusi simpatiya ilə yanaşmışam. Ancaq onun hərəkəti məni çox məyus etmişdi. Bilirdim ki, onun hərəkətinin arxasında kim və nə dayanır. Bu işləri quran adam isə məndən lazım olan dərsi alıb". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.