Şou-biznes

İlqar Mikayıloğlu yataq xəstəsi olan xalq artistimizi yad etdi - FOTO

8 Aprel 2014 17:15
7 Şərh     Baxış: 7 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aparıcı İlqar Mikayıloğlu həyat yoldaşı ilə birgə avtobusdan yıxılan xalq artisti Nuriyyə Əhmədovanı ziyarət edib. Milli.Az mövqe.az-a istinadən xəbər verir ki, xəstə ziyarətinə aparıcı həyat yoldaşı Zülfiyyə Bayramova ilə gedib. Aktrisa N.Əhmədovanı çətin günlərində tək qoymayan cütlük xalq artistinə can sağlığı arzu edib və kömək olublar.

Qeyd edək ki, İ.Mikayıloğlu və Z.Bayramova yaddan çıxan xalq artistinə tez-tez baş çəkir. Hətta bir neçə ay bundan öncə sosial şəbəkədə vəkil Z.Bayramova Nuriyyə Əhmədova ilə bağlı status yazıb və şəkil paylaşıb. Vəkil aktrisaya olan etinasızlıqdan gileylənmişdi.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.