Şou-biznes

Namiq Qaraçuxurlu nişanı qaytarıb? - FOTO

8 Aprel 2014 17:12
17 Şərh     Baxış: 6 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyxanaçı Namiq Qaraçuxurlu nişanlısından ayrılması ilə bağlı xəbərlərə aydınlıq gətirib

Milli.Az-ın axşam.az-a məlumatına görə, sənətçi toyunun təxirə düşməsinin səbəblərini açıqlayıb:

"Nişanım qayıtmayıb. Amma toyun vaxtı uzanır. Buna səbəb isə hazırda çəkildiyim serialdır. Şəxsi həyatımla bağlı çox danışmağı xoşlamıram, amma mən sənət adamıyam, münasibətdə hər söz-söhbət olur. Qısqanclıqlar da baş verir. Bunları sakit formada danışıb, yoluna qoyuram. Uşaq deyilik. İki aydan sonra serial başa çatacaq. Ondan sonra şəxsi işlərimə vaxt ayıracam".

Son vaxtlar efirdən uzaq düşmüş N.Qaraçuxurlu şou-biznes nümayəndələri arasında görünmək istəmədiyini bildirib:

"Son vaxtlar hamı niyə görünmədiyimi soruşur. Səhərdən axşama kimi çəkilişdə oluram. Həm də bir ara çox qaynayıb-qarışdım. Gördüm ki, problemlər də çoxalır. Buna görə də şou-biznes aləmində çox görünmək istəmirəm. Bir az uzaqlaşsam, yaxşıdı".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.