Şou-biznes

Rəmiş: "Mən özüm 15 il narkotik istifadəçisi olmuşam"

8 Aprel 2014 15:56
5 Şərh     Baxış: 2 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist, gitara ustası Rəmiş, həyat yoldaşı Gülü ilə birlikdə "Gündəlik" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı həyatı ilə bağlı maraqlı etiraflar edib. O, mərhum reper Hüseyn Dərya haqqında da danışıb:

"Rəqsanə ilə tanışlığım yoxdur, amma onun Hüseyn Dərya ilə bağlı dediyi, "ona sağlığında dəyər verəydiniz" sözləri xoşuma gəldi. Hüseyn Dərya yaxsı idi ki, iki dəfə evləndi. Narkotikdən istifadə edənlərin ailəsi olmur. Mən özüm 15 il istifadəçi olmuşam. Çox pis mühitə düşmüşdüm, tərgidə bilmirdim. Sonra Gülü gəldi və məni sağaltdı. 14 ildir ki, istifadə etmirəm".

Həyat yoldaşı Gülü isə bunları deyib:

"Mən onun hər şeyiyəm. Heç vaxt pis nəsə etməsinə icazə vermərəm. Onu qalmaqallardan uzaq tuturam".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.