Şou-biznes

Azərbaycanlı şairənin toyunda bəy canlı oxudu - VİDEO

8 Aprel 2014 15:44
3 Şərh     Baxış: 4 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aygün Kazımova cütlüyə yaxınlaşıb ayaq üstə mahnını dinləyib, daha sonra isə o da rəqs edib

Ötən gün şairə Leyli İsrafilova və türkiyəli bəstəkar Hakan Erolun möhtəşəm toyu baş tutub.

Anspress-in məlumatına görə, bir çox şou-biznes nümayəndələrinin qatıldığı gecə maraqlı anlarla yadda qalıb. Ən maraqlısı isə bəyin gəlin üçün mahnı oxuması olub. Hakan və Leyli rəqs edərkən hər kəs tərəfindən sevilən "İstanbul" mahnısını özünəməxsus səsi ilə oxuyub. Daha sonra isə qonaqların sırasında yer tutan xalq artisti Aygün Kazımova cütlüyə yaxınlaşıb, Hakanın ifasını ayaq üstə dinləyib.

Daha öncə də qeyd etdiyimiz kimi, gecənin qonaqları arasında xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, müğənnilər Sevda Yahyayeva, Roza Zərgərli, Samir Piriyev, Miri Yusif, Elçin Cəfərov, Pərviz Mahmudov, Nadir Qafarzadə, Ceyla, İlhamə Qasımova, Səidə Sultan, Abbas Bağırov, Qurd Fərid, Murad Sadıx, prodüser Tolik, biznes ledi Ruhi Əliyeva, bəstəkar Nazim Məmmədov və digərləri iştirak ediblər.

Bundan əlavə olaraq müğənnilər sevilən mahnılarını bəy və gəlinə hədiyyə etmək üçün sıraya düzülmüşdülər. İfa olunanlar isə təbii ki, yaradıcı cütlüyün müəllifi olduğu mahnılar idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.