Şou-biznes

Rəqsanənin adamları Əli Mirəliyevin qızını söyürlər

8 Aprel 2014 10:40
68 Şərh     Baxış: 9 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Rəqsanə İsmayılovanın müğənni Əli Mirəliyevi məhkəməyə verməsi deyilsə də, hələ ki, Əli Mirəliyev məhkəmənin bildiriş vərəqəsini almayıb
Bu barədə mövqe.az-a məlumat verən Əli Mirəliyev Rəqsanənin onu məhkəməyə verməsindən yaman qəzəblənsə də, Rəqsanədən üzr istəməyi heç düşünmür:

"Kimdir ki Rəqsanə, gah verir, gah vermir. Əşi, özü bilər. Rəqsanə ümumiyyətlə bilmir həyatdan nə istəyir, nə istəmir. Eşşəyə gücü çatmır, palandan yapışır. O oxuyan deyil ki... Əlbəttə, bəyənmirəm oxumağını... Oxuyan olsaydı, o məni məhkəməyə verməzdi ki... Rəqsanə nömrəmi oğlanlara, gədə-güdələrə verib. İndi də Rəqsanənin tay-tuşları zəng edib, qızımı söyürlər.

Çox qəribə məxluqdu e. İndi də utanmır, məni məhkəmə ilə hədələyir. Mən Azərbaycan musiqisinə canımı fəda etmişəm. Anası deyir, qızım 50 Əli kimisinə dəyər. Gör 60 yaşlı qadın haqqımda nə deyir. Rəqsanə kimilər sağ şou-biznesə gəlməzdi. Kaş bu şou-biznes olmayaydı. Belə insanlara əməkdar, xalq artisti adı da verirlər. Bədbəxtçilikdir. Sən heç bilirsən, musiqi nədir? Xəstə adamam, evdə sistem vururlar. Bu da məni bu yandan əsəbləşdirir.

Mən də Türkiyəyə getmişəm, orada ifa etmişəm. Məgər mən adımı dəyişmişəm? Brilliant Dadaşova getdi, yaşını da azaltdı. Guya biz bilmirik də onun neçə yaşı var. Sonra Rəqsanə getdi, adını dəyişib etdi Reksona. Mən də zarafat etmişəm. Hə nə olsun? Atasından da yaşlı adamam".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.