Şou-biznes

"Bir oğlum var idi, Allah bir qız da qismət elədi" - FOTO

7 Aprel 2014 18:51
65 Şərh     Baxış: 25 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az show.az-a istinadən bildirir ki, oğluna yenicə toy edən məşhur teleaparıcı Nailə İslamzadə gəlinindən danışıb. Bir oğul anası olan diktor gəlinindən razı olduğunu söyləyib. "Bir oğlum var idi, Allah bir qız da qismət elədi".

Bir müddət öncə müsahibələrinin birində gəlininin hələ dördüncü kurs tələbəsi olduğunu, buna görə də çox vaxt onlar üçün də yemək bişirdiyini söyləyib. Oğlu ilə gəlininin ayrı evdə yaşadığını bildirən aparıcı özünün də yaxşı gəlin olduğunu vurğulayıb:

"Özüm də gəlinəm, həm də uzun illərdir qayınanamla bir evdə yaşayıram. Bu, sizə necə gəlin olduğum haqda hər şeyi deyər".

Nailə İslamzadənin oğlu və gəlini ilə olan şəkillərini təqdim edirik.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.