Şou-biznes

"Kraliça" Nisə Qasımova: "Toni Brekstonla..."

28 Aprel 2013 20:46
0 Şərh     Baxış: 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Day.Az-a istinadən bildirir ki, Azərbaycanın xalq artisti Nisə Qasımova tamaşaçılara yalan vədlər verən həmkarlarına çox qəzəblənib. Müğənni hesab edir ki, o da efirə çıxıb Toni Brekstonla duet oxuyacağını deyə bilər, yalan olsa da, hamı buna inanar.

"Yalan demək asandır, amma hər dəfə tamaşaçılara müxtəlif nağıllar danışmaq yetər, - deyə müğənni "ATV-maqazin" verilişinə bildirib. - Bizim ifaçılar hər şeyi bir-birlərinin acığına edirlər. Türkiyəyə gedirlər, orada mahnı yazdırıb, klip çəkdirirlər - bunları onun üçün edirlər ki, sonra həmkarlarının ünvanına atmaca atsınlar. Bunları paxıllıqdan yox, özləri üçün eləsəydilər, o zaman layihələri daha uğurlu olardı".

Nisə Qasımova titulları sevmədiyini desə də, bildirib ki, bir çox dostları onu "kraliça" adlandırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.