Siyasət

Elmar Məmmədyarov: "Avropa Oyunları idman tarixində yeni səhifə açacaq"

23 May 2015 11:09
Baxış: 631

Avropa Olimpiya Komitəsi uzun illər Avropa qitə, multi-idman oyunları keçirməyi arzu edib. Asiya və digər regional Oyunların olmasına baxmayaraq, Avropa Oyunları keçirilməyib və bu, bir qədər ədalətsiz idi.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "The Business year" jurnalına müsahibəsində deyib.

Nazir əmin olduğunu bildirib ki, Bakıda keçiriləcək Avropa Oyunları qitə idmanı tarixində yeni səhifə açacaq və əməkdaşlıq üçün yeni perspektivlər və imkanlar yaradacaq.

Onun sözlərinə əsasən, idman mədəniyyətlərin və regionların yaxınlaşmasında, sülh və tolerantlığın möhkəmləndirilməsinə unikal rol oynayır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.