Pendirli kartof roqalikləri

29 May 2016 07:00

Milli.Az pendirli kartof roqaliklərinin hazırlanma qaydasını təqdim edir

Günün təamı - Praqa tortu

Tərkibi: 

xəmir: 

200 q kartof
100 q un (bir qədər çox da gərək ola bilər)
duz
3 x.q. sürtgəcdən keçirilmiş parmezan 

iç: 
pendir 

bitki yağı (qızartmaq üçün)

Kartofu suda tam bişirin. Püre halına salıb otaq temperaturunadək soyudun. Parmezan, duz, un qatıb yumşaq, ələ yapışmayan xəmir yoğurun. 

Un səpilmiş masada xəmiri yayın. Üçbucaqlara doğrayın. Enli tərəfinə pendir qoyub roqalik kimi bükün. 
Dərin balaca qazana bitki yağı töküb möhkəm qızdırın. Roqalikləri bu yağda qızılı rəng alanadək qızardın. 
Artıq yağını çəkməsi üçün kağız salfetlərin üzərinə düzün. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az