Məşhur azərbaycanlı məşqçinin oğlu cərrahiyyə masasında - YENİLƏNİB

9 Yanvar 2014 15:02

15:02

Ülkər Kişibekovanın Milli.Az-ın əməkdaşına bildirdiyinə görə,
Royal Seyidovun üzərində cərrahiyyə əməliyyatı artıq 1 saat yarımdır ki, başlayıb. Əməliyyat 5-6 saat çəkəcək.

---------
12:55

Azərbaycanın Ciu-citsu Federasiyasının prezidenti, idmançı Mirəli Seyidovun fəryadını eşidən oldu.
  

Yetirmələri təkcə ötən il Azərbaycana 8 medal gətirən mütəxəssis Mirəli Seyidovun oğlunun əməliyyatı üçün pul yığılıb.
  

Milli.Az xəbər verir ki, peşəkar mütəxəssis oğlu, müğənni Royal Seyidovun əməliyyat olunması üçün pul tapa bilmədiyindən sosial şəbəkələrə üz tutmuşdu.
  

Xeyriyyə aksiyaları və lahiyələrinin koordinatoru Ülkər Kişibekova Milli.Az-ın əməkdaşına bildirdi ki, Mirəli Seyidov bu gün Ukraynaya uçub. Əməliyyat pulu yığılıb. Dünən axşam 7 min dollar hesaba köçürülüb. 8 mini isə özləri ordan-burdan yığıblar.
  

Əməliyyat olunandan sonra xəbər verəcəyini bildirib.
  

Uyğun link:

Azərbaycanlı müğənni əməliyyata pul axtarır - VİDEO - FOTO

Tuncay Türbəndəzadə
Milli.Az