Kulinariya

Mətbəx sirləri: Kəsmikli küftələr - FOTO

3 İyul 2015 07:00
0 Şərh     Baxış: 3 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kəsmikli küftələrin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

500 q mal qiyməsi
200 q kəsmik
1 yumurta
50 q şam fıstığı
2 x.q. parmezan
1 limonun sedrası
1 baş soğan 
3 diş sarımsaq 
5-6 yarpaq cəfəri
2 ç.q. reyhan qurusu
1 ç.q. mərzə qurusu 
1 ovuc xırdalanmış suxarı
duz

sous:

2 banka doğranmış pomidor (600 ml)
150 ml bulyon
3 x.q . balzamik sirkə

Şam fıstığını quru tavada qovurun. 
Soğan və sarımsağı xırda doğrayın, zeytun yağında qovurun, quru otları əlavə edin.
Qiymə ilə kəsmiyi qarışdırın, doğranmış cəfərini, yumurta, xırdalanmış suxarı, sürtgəcdən keçirilmiş pendir, limon sedrasını əlavə edin, duz vurub qarışdırın. 

Qovrulmuş soğanla şam fıstığını əlavə edin. Bir az soyudun. 
Küftələr tutun. 
Tavada zeytun yağını qızdırın, küftələrin hər üzünü təxminən 2 dəqiqə, qızılı rəng alanadək qızardın. 

Bu müddətdə sousu hazırlayın. 
Pomidorları blenderdən keçirib püre halına salın, bulyonla qarışdırıb qızdırın, balzamik sirkəni əlavə edin, amma qaynatmayın. 
Bütün küftələr qızardıqdan sonra dərin tavaya yığıb qaynar sousu üzərinə gəzdirin, qapağını qoyub 15-20 dəqiqə bişirin. 

Nuş olsun! 

Resept: vk.com/academy_main

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.